SİYASƏT


Politoloq: Qarabağ erməniləri ilə görüşmək təklifi vətəndaşlara qarşı hörmət nümunəsidir

Martın 1-də Xocalı şəhərində Qarabağ erməniləri ilə görüşün müsbət keçməsindən sonra növbəti görüş üçün onlar Bakıya dəvət olundular. Lakin seperatçılar prosesi sabotaj etməyə çalışdılar. Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti görüş üçün bir daha təklif göndərdi. Düşünürəm ki, seperatçıların əlində əsir olan həmin ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası çox vacib məsələlərdən biridir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib.