MÜSAHİBƏ


Adil Əliyev: Baş verən hadisə cəmiyyətdə qorxu yaratmaq məqsədi daşıyır

“Dünən Fazil Mustafaya qarşı törədilən terror hadisəsi cəmiyyətdə qorxu yaratmaq məqsədi daşıya bilər. Ölkəmiz son vaxtlar böyük uğurlara imza atır. Bu da bəzi ölkələri qıcıqlandırır və onlar bu uğurlara kölgə salmaq istəyirlər.” Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib. O həmçinin diqqətə çatdırıb ki, xalqımız və dövlətimiz hər zaman vəhdətdə olduğu üçün, bu cür hadisələr heç bir nəticə verməyəcək.