CƏMİYYƏT


Xəbərdarlıq: Sabahdan hava şəraiti kəskin dəyişəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, martın 30-u axşamdan aprelin 1-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək. Martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı bildirilir.