SİYASƏT


Azərbaycanın Müstəqillik Günü Pekində qeyd olundu

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı 1918-ci ildə müsəlman Şərqində qurulmuş ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 2 illik qısa zamanda nail olduğu uğurlardan danışdı. Bildirdi ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ciddi çətinliklərlə, o cümlədən qonşu Ermənistanın hərbi təcavüzü ilə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra görkəmli dövlət xadiminin uzaqgörən siyasəti sayəsində Azərbaycan çətin günləri geridə qoyaraq, siyasi sabitlik və sosial-iqtisadi inkişaf yolu ilə irəliləməyə başlayıb.