İQTİSADİYYAT


28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb

Hər il keçirilən ənənəvi sərgidə dünyanın 37 ölkəsindən 326 şirkət iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Çin, Yaponiya və digər bir çox ölkələr iştirak edir. Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi kimi başlıca mövzuların müzakirəsi planlaşdırılıb. Bakı Enerji Həftəsində həmçinin neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, neft-qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi kimi bir sıra məsələlərlə bağlı mühüm qərarların alınması gözlənilir.