SİYASƏT


Çində səfərdə olan YAP nümayəndə heyəti təqdimat mərasimində iştirak edib

Çin Xalq Respublikasının (ÇXR) Hubey əyalətinin Uhan şəhərində Çin Kommunist Partiyasının (ÇKP) Beynəlxalq əlaqələr şöbəsinin və ÇKP-nin Hubey Əyalət Komitəsinin birgə təşkilatçılığı ilə “Hubey əyalətində Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının praktik nailiyyətləri” mövzusunda təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çində səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mərasimdə iştirak edib.