ELM VƏ TƏHSİL


Dövlət imtahanından kimlər azaddır?
Qanunda nə deyilir?

Elm və Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə çıxışı zamanı “Yeni qanun” layihəsinə əsasən 2023-2024 cü ildə ali təhsil müəssiələrini bitirən tələbələrin dövlət imtahanı verməyəcəyini söyləyib. Lakin qanuna əsasən ali təhsil müəssisələrinin birinci və ikinci kurs tələbələri dövlət imtahanı verməyəcək. Bu qanun yeni təhsil sisteminə görə tədbiq olunub. Ancaq üçüncü və dördüncü kurs tələbələri bu fikirlə razılaşmır. Onlar yeni təhsil sisteminə uyğun tədris aldıqlarını və qəbul edilən qanunun onlar üçün ədalətli olmadığını bildirirlər.
Təhsil eksperti Kamran Əsədov isə bəzi universitetlər yeni tədris planını tələbələrə öncədən tədbiq edildiyini qeyd edir.