İQTİSADİYYAT


Unikal layihələri ilə yerli bazarda özünəməxsus yer tutan “Azerbaijan Maritime, Engineering and Construction”

Unikal layihələri ilə yerli bazarda özünəməxsus yer tutan “Azerbaijan Maritime, Engineering and Construction”
“Azerbaijan Maritime, Engineering and Construction (AMEC)” şirkəti unikal layihələri ilə yerli bazarda özünəməxsus yer tutur. Şirkətin müxtəlif istiqamətlərdə-bütün növ gəmi yoxlamaları, gəmi və dəniz mühəndisliyi, dəniz layihələrinin idarə olunması, layihələr üçün tələb olunan gəmilərin icarəsi və idarəçiliyi, gəmiçilik və dəniz sahəsində tikinti işləri aparır.
AMEC şirkətinin təsisçisi və rəhbəri Rəşad Şəkərov AZƏRTAC-a müsahibəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində bu istiqamətdə fəaliyyət göstərən şirkətin məhz AMEC olduğunu dedi.