CƏMİYYƏT


Körpüyə çıxan gənc xilas edildi

FHN-in xilasediciləri onu özünü aşağı atma cəhdinin qarşısını alıb. Hadisə bu gün axşam saatlarında Bakı şəhərinin Nizami rayonu, "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən körpüdə yaşanıb. Yaxınlıqdakı vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, körpünün üzərinə çıxan, 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğluludur. Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək həmin şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb. Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş niyyətindən çəkinib və o, avtonərdivan vasitəsilə körpüdən endirilib.