CƏMİYYƏT


Selin dağıtdığı Lahıc yolu bərpa edilir

Dünən leysan yağışları nəticəsində artan sel suları İsmayıllının Lahıc qəsəbəsinin yollarını dağıdıb. Qəsəbənin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Həmçinin Lahıca qaz və elektrik enerjisinin verilməsində də məhdudiyyət yaranıb. Bugün isə dağılan yollarda təmir bərpa işləri görülür.