İQTİSADİYYAT


Banklardan gələn müəmmalı zənglər

Azərbaycanda bir çox vətəndaşların hesablarına xarici ölkələrdən müəyyən məbləğlərdə pullar köçürüldüyü zaman hesabın yaradıldığı yerli banklar tərəfindən onlara zəng olunaraq pulun mənbəyi və hansı səbəblə köçürüldüyü sualları verilir. Bu isə vətəndaşların haqlı olaraq narazılığına səbəb olur. Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Onun sözlərinə görə bu məsələ bərədə ona vətəndaşlar tərəfindən dəfələrlə şikayətlər gəlib. Deputat həmçinin bildirib ki, banklar tərəfindən edilən bu zənglər daha çox mütəmadi formada pul köçürmələri alan şəxslərə edilir. Zənglər zamanı verilən suallar isə daha çox şəxsi xarakterlidir.