SİYASƏT


Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanla İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. İtaliyada səfərdə olan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov bu ölkənin müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb. Görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov da iştirak edib.