CƏMİYYƏT
Yollarda bu avtomobilləri görsəniz təəcüblənməyin
28.11.2023 [19:51]
Paytaxt yollarında bu cür texnikalarla təchiz edilmiş avtomobilləri görsəniz təəcüblənməyin. Avtomobilin üzərinə quraşdırılmış 360 dərəcəlik kamera vasitəsi ilə paytaxt yollarının videogörüntüləri çəkilir. Çəkilən məlumatlar nəqliyyatın intellektual idarəetmə mərkəzində toplanır. Bu günə qədər 6000 km çox ərazinin videogörüntüsü toplanıb. Videogörüntü zamanı körpülər, tunellər, işıqforlar və digər yol infrastruktur obyektləri ilə yanaşı bu obyektlərin hündürlükləri də xüsusi olaraq qeyd edilir.