SİYASƏT


Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın sentyabrın 11-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.