Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi zəfərimizin 14-cü günü yaşananlar

10.10.2024 [18:05]

14 gündür bütün xalq olaraq yumruq olduq. Bütöv Azərbaycan uğrunda qələbəyə doğru son damla qanımıza qədər savaşırdıq. Ordumuz “Dəmir yumruq”la düşmənin başını əzirdi. Döyüş meydanında aciz qalan düşmən, dinc əhalini hədəf alırdı.Bütün cəbhə boyu yaşayış məntəqələrimiz artileriya atəşinə tutuldu. 14 gün ərzində Ermənistan ordusunun müharibə qanunlarına zidd davranışları nəticəsində 31 şəxs həlak oldu, 171 nəfər xəsarət aldı, 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşdü.