MÜSAHİBƏ


Ahmed Şeybuni: Biz iqlim dəyişikliyindən əziyyət çəkirik

Mən Mərakeşdənəm və ətraf mühitin mühafizəsi üzrə QHT-yə cavabdehəm.  COP29-da iştirak etmək üçün buradayam. Buradakı təşkilat məni çox təəccübləndirdi.  Hər şey sürətli, təmizdir, ünsiyyət xeyli inkişaf edib və hökumətlərimiz arasında yaxşı münasibət var.  Bura gəlmək üçün vizaya ehtiyac yoxdur.  Bu yaxşı şeydir.  Ölkəmiz, bir çox inkişaf etməkdə olan ölkələr kimi, adaptasiya üçün yaxşı işlər görməyə çalışır. Lakin biz iqlim dəyişikliyindən əziyyət çəkirik.