SİYASƏT
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədən nədir?
06.12.2024 [19:12]
Azərbaycan və Ermənistan arasında ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalır. Sülh müqaviləsinin bağlanmasına əngəl törədən əsas məsələ isə Ermənistanın konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı irəli sürülən ərazi iddialarıdır.Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva bildirir ki, sülh müqaviləsi üzərində iş davam etsə də, bir-sıra təzadlı məqamlar da mövcuddur.