Avropaya açılan qapı - Azərbaycan
12.02.2025 [22:13]
ABŞ-dən sonra dünyanın ikinci ən böyük iqtisadi potensiala malik ölkəsi olan Çin… Dünya iqtisadiyyatına böyük töhfələri olan bu ölkə təsadafü deyil ki, Cənubi Qafqazda Azərbaycanı özünə stateji müttəfiq olaraq görür. Təbii ki, bunun da öz səbəbləri var... Çin tarixi ipək yolu stategiyasını davam etdirir. Bunun bariz nümunəsi “Bir kəmər,bir yol” layihəsidir. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizindən gedir. İki ölkə arasında əlaqələr əlbəttə ki, bununla yekunlaşmır. Prezident İlham Əliyev Çinin (China Global Television Network) telekanalına müsahibəsi zamanı ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edəcəyi məsələsinə toxunub.