SİYASƏT


Ermənilərin qətlə yetirdikləri uşaqlar - bu gün onların günüdür UNUTMADIQ! UNUTMAYAQ

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün həm də erməni vandalları tərəfindən qətlə yetirilən günahsız körpələrin günüdür.
Xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 Azərbaycanlı körpə Erməni vandalları tərəfindən qətlə yetirilib. 71 uşaq itkin düşüb, 29-u isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə də 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-i isə yaralanıb.