CƏMİYYƏT


Bakıda Xəzəryanı ölkələrin iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində “Xəzər-2017” beynəlxalq təlimi keçirilib. AZƏRTAC xəbər verir ki, təlimdə Azərbaycan FHN-in, Rusiyanın, İranın, Qazaxıstanın, Türkmənistanın müvafiq qurumlarının canlı qüvvə və texnikası iştirak edib.