CƏMİYYƏT


Azərbaycan Katolik Kilsəsinin ordinarisinin yepiskop rütbəsinə yüksəldilməsi ilə əlaqədar Bakıda mərasim keçirilib

Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsi ilə əlaqədar fevralın 11-də Bakıda təqdisetmə mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, təqdisetmə mərasimini ölkəmizdə səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager Müqəddəs Məryəm katolik kilsəsində yerinə yetirib.