CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi dünya ölkələri üçün yaxşı nümunədir

2012-ci ildə fəaliyyətə başlayan Mərkəz eyni vaxtda 120 nəfəri saxlamaq üçün nəzərdə tutulub. Mərkəzdə qeyri-qanuni miqrantlar, qaçqın statusu ilə bağlı müraciət edən əcnəbilər və sığınacaq axtaranlar yerləşdirilir. Qanunvericiliyin tələblərini pozan miqrantlar barədə verilən qərardan asılı olaraq, onlar burada müvəqqəti olaraq bir neçə gün saxlanıldıqdan sonra ölkədən çıxarılırlar.