Nərimanov rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb
10.04.2018 [16:46]
Xəbərin mətni
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Heydərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib.