Yusif Səfərov küçəsindəki hündürmərtəbəli binada yenidən yanğın olub
28.04.2018 [21:12]
Xəbərin mətni
Yusif Səfərov küçəsindəki hündürmərtəbəli binada aprelin 28-də axşam saatlarında yenidən yanğın başlayıb.
AZƏRTAC xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub.