Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın komandası media nümayəndələri arasında keçirilən atıcılıq turnirinin qalibi olub

05.05.2018 [16:25]

Xəbərin mətni
Mayın 5-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbuat nümayəndələri arasında beşinci atıcılıq turniri keçirib. AZƏRTAC-ın komandası 143 xal toplayaraq turnirin qalibi olub. AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində KİV-in rolunun artırılmasıdır.