CƏMİYYƏT


Azərbaycan məscidlərində bayram namazı qılınıb

Müqəddəs Ramazan bayramı ilə əlaqədar bu gün səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb. AZƏRTAC xəbər verir ki, yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib. Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.