CƏMİYYƏT


Qubada sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb

İyulun 18-də Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Bakı-Qusar marşrutu ilə hərəkət edən sərnişin avtobusu “Nissan X-Trail” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “Nissan X-Trail” in sürücüsü hadisə yerində ölüb, avtobusda olan 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.