CƏMİYYƏT


Şabranlı təsərrüfatçılar üzüm yığımına hazırlaşırlar

Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda təsərrüfatçılar məhsul yığımına hazırlaşırlar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçılar avqust ayının 15-dən sonra üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Hazırda sahələrə son suvarma suyu verilir, aqrotexniki işlər görülür.