CƏMİYYƏT


Qusarda səyyar “ASAN xidmət”dən şimal bölgəsinin 2 mindən çox sakini yararlanıb

Səyyar “ASAN xidmət” iyulun 2-dən Qusar rayonunda fəaliyyət göstərir. Qusar və digər şimal rayonlarının sakinləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son 20 gündə beş rayonun 2 minə yaxın sakini göstərilən xidmətlərdən faydalanıb.