CƏMİYYƏT


Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

Hazırda yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı sənədlərin qəbulu Bakı şəhərinin bütün ASAN xidmət mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.