CƏMİYYƏT


“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisində dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 24-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında məlumat verilib. Bildirilib ki, bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir.