CƏMİYYƏT


Xaçmazda sahibsiz itlər üçün yaradılan sığınacaqdan REPORTAJ

Xaçmazda könüllü qızların təşəbbüsü ilə yaradılan sığınacaqda yeriyə bilməyən küçə itləri üçün Türkiyədən xüsusi arabalar gətiriləcək. Mila və Oslo adlandırılan bu itlərin onurğa sümükləri sındığından sərbəst hərəkət edə bilmirlər. İtlərdən biri güllə, digəri isə avtomobillə vurularaq ciddi xəsarət alıb. İflic olan heyvanlar üçün nəzərdə tutulan arabalar gətirildikdən sonra hər iki it başqalarının köməyi olmadan hərəkət edə biləcək.