CƏMİYYƏT


Masazır qəsəbəsində şagirdlərə yol hərəkəti qaydaları izah olunub

Abşeron rayonunun Masazır qəsəbəsindəki 4 nömrəli orta məktəbdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin təşkilatçılığı ilə “Diqqət uşaqlar” təhlükəsizlik aylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib.