CƏMİYYƏT


Azərbaycanın Rusiya ilə sərhədində yeni miqrasiya bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindəki yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.