CƏMİYYƏT


Tur-aksiya iştirakçıları Şəkidə olublar

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Cəbrayıl, Cəlilabad, Qubadlı (Sumqayıt), Saatlı və Sabirabad rayonlarının məktəblilərindən ibarət qruplar noyabrın 15-də səhər saatlarında qədim Şəkiyə gəliblər.