CƏMİYYƏT


Xaçmazda baş verən qəzada 5 nəfər xəsarət alıb

Xaçmaz rayonu ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Şəki şəhər sakini Vüsal Əhmədzadənin idarə etdiyi 55 BV 829 nömrəli “AVİA-A-31” markalı yük avtomobili Quba rayon sakini Sərvər Aslanova məxsus 99 XT 653 nömrəli “Lada Priora” markalı minik avtomobili ilə toqquşub.