CƏMİYYƏT


Bakıda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası keçirilir

Dekabrın 3-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası işə başlayıb. Tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib, burada nümayiş olunan əl işlərinə baxıb.