CƏMİYYƏT


Xudat şəhərində evdə baş verən partlayışda yaralanlardan biri Bakıya göndərilib

Dekabrın 6-sı axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində ikimərtəbəli yaşayış evində partlayış baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaz sızması səbəbindən baş verən partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarətlər alıb.