CƏMİYYƏT


Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb

Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisinin qarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyannaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az) vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.