CƏMİYYƏT


Bakıda ticarət mərkəzində müştərinin 300 manatını oğurlayan şəxs saxlanılıb

Nərimanov rayonundakı iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə rayon polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edən həmin mağazanın müştərisi İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını qeyd edib.