CƏMİYYƏT


Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin fəaliyyətinin 20 illiyi münasibətilə tədbir keçirilib

Tədbirdə çıxış edən arxiyepiskop Aleksandr İşein Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirib. Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Aleksandr İşein Azərbaycanın dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə və inkişafında mühüm rol oynadığını qeyd edib.