CƏMİYYƏT


Yasamal rayonunda cibgirlik edən şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən paytaxt sakini Ə.Əhmədov küçəsi 8 ünvanında yerləşən paltar mağazasının qarşısında tanımadığı şəxsin onun içərisində 1800 manat olan əl çantasını oğurladığı barədə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yasamal RPİ və 29-cu PŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Emin Məmmədov saxlanılıb.