CƏMİYYƏT


AZƏRTAC-ın bir qrup gənc əməkdaşı Quba “ASAN Həyat” Kompleksində olub

Gənclər Günü münasibətilə AZƏRTAC-ın bir qrup gənc əməkdaşı Quba “ASAN Həyat” Kompleksində olub. Agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə təşkil edilmiş ekskursiyanın gedişində onlar Quba “ASAN xidmət” mərkəzinin fəaliyyəti, burada yaradılan şəraitlə yaxından tanış olublar.