CƏMİYYƏT


Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 8-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaq.