DÜNYA


Mozambikdə qasırğada ölənlərin sayı 300-ə çatıb

Mozambikdə “İdai” tropik qasırğası nəticəsində ölənlərin sayı 300 nəfərə çatıb. Daha öncə 242 nəfərin həlak olduğu bildirilmişdi. Bu barədə ölkənin baş naziri Karluş Aqostinyo du Rosariu məlumat yayıb. Baş nazir ölənlərin sayının min nəfərdən çox ola biləcəyini qeyd edib.