SİYASƏT


Azərbaycan təhlükəsizlik orqanları - 100 il

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" 23 mart 1997-ci il tarixli sərəncamına əsasən, 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib. AZƏRTAC Azərbaycanın 100 yaşlı təhlükəsizlik keşikçilərini təbrik edir.