DÜNYA


İranda iki şəhər boşaldılır: Gümüşan və Siminşəhr şəhərlərinin əhalisi 4 sığınacağa yerləşdiriləcək

İranın şimalında yerləşən Gümüşan və Siminşəhr şəhərlərinin boşaldılmasına, əhalinin isə 4 sığınacağa yerləşdirilməsinə göstəriş verilib. Məlumata görə, bunu İranın Gülüstan vilayətinin valisi Mirməhəmməd Qəravi deyib. M.Qəravinin sözlərinə görə, qərar gözlənilən təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün verilib. Xatırladaq ki, ötən gün Fars vilayətinin Şiraz şəhərində baş vermiş daşqın nəticəsində 18 nəfər həlak olub, 94 nəfər yaralanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır