CƏMİYYƏT


Gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Qazax rayonunun 1-ci Şıxlı kəndi istiqamətində Kür çayının “Qarayazı” Dövlət Təbiət Qoruğunun ərazisindən keçən hissəsində Ağstafa rayon sakini Yusifov Məmməd Şəkər oğlu brokonyerliklə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin (XPM) əməkdaşları tərəfindən tutulub. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 avar, elektrik cərəyanını artıran cihaz, akkumulyator, “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 6 kiloqram olan 37 ədəd xramulya balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.