CƏMİYYƏT


Azərbaycana satmaq niyyəti ilə 15 kiloqrama yaxın tiryək gətirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Salyan rayon sakini Niyaməddin Sadıqov polislər tərəfindən saxlanılıb. Onun əlində olan torbanın içindəki 5 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 14 kiloqram 685 qram olan tiryək aşkar olunaraq götürülüb.