CƏMİYYƏT


Bakıda şirkətdən 135 min manatlıq avadanlıq oğurlanıb

Nəsimi rayonu Tibilisi prospektində yerləşən şirkətlərdən birinin qazanxanasından oğurluq edilib. Zərərçəkən şirkət rəhbərliyi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135000 manat olan istinlik sistemləri və avadanlıqlarının oğurlandığını bildirib.